Ölkəmizdə torpaq sürüşmələri hansı ərazilərdə baş verir? - ARAŞDIRMA

Torpaq sürüşmələri Yer kürəsinin müxtəlif yerlərində hər il yüzlərlə insanın həyatına son qoyan ən dağıdıcı təbii fəlakətlərdəndir. Sürüşmə nəticəsində dəyən ziyan milyardlarla dollar həcmində qiymətləndirilir, ona görə də torpağın sabitliyinin pozulmasının öyrənilməsi geomorfologiya və geofizikanın inkişafında mühüm və aktual sahədir. NASA bütün dünyada sürüşmələrin açıq inventarını aparır və hər il verilənlər bazasında minlərlə yeni qeydlər alınır. Sürüşmələrinin aktivləşməsinin səbəblərindən biri yağıntının miqdarının kəskin artmasıdır. Bəs ölkəmizdə torpaq sürüşmələri daha çox hansı ərazilərdə müşahidə olunur?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Abşeron yarımadası sürüşmələrində texnogen səbəblər geoloji səbəblərlə birgə təsir edir. Sürüşmə proseslərinin formalaşmasında geoloji, hidrogeoloji, mühəndisi-geoloji şərait, relyef və morfoloji şərtlər əsas səbəblər sayılır. Xüsusilə qeyri dayanıqlı relyefə malik və zəif suxurlardan təşkil olunmuş geoloji mühitlərdə sürüşmə meyilli proseslər daha geniş yayılmışdır.

Ümumiyyətlə ölkə ərazisində 99 sürüşmə və sürüşməyə meyilli sahə xəritələnmişdir ki, bunlardan 42-də zaman zaman fəallaşma müşahidə olunur. Bu sürüşmə sahələri Regional monitorinq şəbəkəsinə daxil edilmiş və davamlı müşahidələrə cəlb edilir. Sürüşmələrin zərərli təsirlərinin azaldılması və onların qarşısının alınması çox mürəkkəb və kompleks tədbirlərin icrasını tələb edir. İlk öncə sürüşmə proseslərinə məruz qalmız ərazilərin geoloji və mühəndisi-geoloji şəraiti doöru qiymətləndirilməli, peoseslərin formalaşmasının əsas səbəbləri müəyyənləşdirilməklə onların inkişaf dinamikası izlənilməli və proqnozlaşdırılmalıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev: "Azərbaycan ərazisində sürüşmələr əsasən Cənub bölgəsində - Lerik, Astara, Yardımlı və Lənkəran rayonları, Abşeron yarımadası, Şamaxı-İsmayıllı və Quba-Qusar-Şabran zonalarında geniş inkişaf tapmışdır. Bundan başqa Böyük Qafqazın cənub yamacı (Şəki-Zaqatala zonası) və Kiçik Qafqazın şimal-şərq kəsimlərində lokal xarakterli ekzogen geoloji proseslərə təsadüf olunur. Naxçıvan Muxtar Respublikası ərazisində də bir neçə aktiv sürüşmə sahələri xəritələnmişdir. Sürüşmələrin qarşısının alınmasında əsas tədbirlər:

- sürüşməyə meyilli sürüşmə kütləsi və ya asılı kütlələrin həcminin azaldılması, onun səthinin hamarlanması ilə mailliyinin azaldılması;

-texnofen və antropogen faktorların qarşısının alınması tədbirlərinin aparılması;

-sürüşmə potensiallı ərazilərdə atmosfer çöküntülərinin infiltrasiyasının qarşısının alınması və texnogen suların itkisinin minimizasiyası;

-istinad divarlarının qurulması, yamac kəsmə proseslərinin qarşısının alınması;

- sürüşmə sahəsində süni yüklənmənin qarşısının alınması;

-sürüşmə kütləsi üzərində suötürücülərin qurulması, süni yaşıllaşdırma işlərinin icrası. Bu zaman daha az su istifadə edən ağacların əkilməsi daha effektli ola bilər. Sürüşmələrin baş verməsinin 2 səbəbi var:

-Təbii geoloji səbəblər

-Antropogen (texnogen) səbəblər

Bəzən bu proseslərin intensivliyi eyni zamanda hər iki səbəbin birgə təsirinin olmasıdır.

Məsələn, Abşeron yarımadası sürüşmələrində texnogen səbəblər geoloji səbəblərlə birgə təsir edir. Sürüşmə proseslərinin formalaşmasında geoloji, hidrogeoloji, mühəndisi-geoloji şərait, relyef və morfoloji şərtlər əsas səbəblər sayılır. Xüsusilə qeyri dayanıqlı relyefə malik və zəif süxürlardan təşkil olunmuş geoloji mühitlərdə sürüşmə meyilli proseslər daha geniş yayılmışdır".

Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə