Aygün Kazımovadan növbəti vətənpərvər addım FOTO

Xalq artisti Aygün Kazımova növbəti vətənpərvər ruhda olan layihəsini təqdim edib. SİA-nın verdiyi xəbərə görə, müğənni "Əsgər marşı" adlı mahnını ifa edib. Marşın sözləri Cəlal Qurbanovun, musiqisi və aranjimanının isə Yaşar Baxışa aiddir:"Vətənpərvər ruhda olan mahnılarımın əksəriyyətinin müəllifi dostum Cəlal Qurbanovdur. Yaşar Baxış ilə məni uzun illərin yaradıcı yolları bağlayır. Marşı vətənpərvər mahnıların peşəkar ifaçısı Şəmistan Əlizamanlıya da təqdim etmişik. O, da ifa edib. Onun ifasında da "Əsgər marşı" çox uğurlu alınıb. Belə layihələrimin ardı olacaq. Bütün əyləncə ruhlu layihələrimi dayandırmışam. Fikrim əsgərlərimizin yanındadır. Ona görə vətənpərvər ruhlu layihələrə başlamışıq".

Sənətçi onun haqqında yalan informasiya yayan insanlara da ismarıc göndərib: "Haqqımda ölüm xəbəri, şər-böhtan, təxribat xarakterli xəbərləri yayan, yazan, danışan və bununla qalmaqal yaradıb gündəmə gəlmək istəyən insanlara demək istəyirəm ki, hazırda çox məşğulam. Sizə cavab verəcək zamanım heç yoxdur. Bir az xəttdə qalın".

Qeyd edək ki, Aygün Kazımova yaxın günlərdə "Əsgər marşı"nın klip çəkilişlərinə başlayacağını əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə