Allanın uşaqları Rusiya pasportlarını itirmək riski ilə üzləşirlər...

Rusiyalı müğənni Alla Puqaçova və komediya ustası Maksim Qalkinin övladları 12 yaşlı Liza və Harri Rusiya vətəndaşlığını itirə bilər.

SİA xəbər verir ki, Mash Telegram kanalının məlumatına görə, buna səbəb onların doğum haqqında şəhadətnamələrində tələb olunan işarələrin olmamasıdır.

...Alla Puqaçova və Maksim Qalkinin övladları Rusiya pasportlarını itirə bilər - 12 yaşlı Liza və Harrinin doğum haqqında şəhadətnamələrində tələb olunan işarələr yoxdur, - məlumatda deyilir.

Ailə İsrailə köçdükdən sonra onların doğum şəhadətnamələrində vətəndaşlıq işarəsi məcburi olub. İndi onlar Rusiya vətəndaşlığının təsdiqini əldə etmək üçün ya Rusiyadakı Daxili İşlər Nazirliyinə, ya da Rusiyanın xaricdəki konsulluğuna müraciət etməli olacaqlar.

2023-cü il oktyabrın 26-da qüvvəyə minən qanuna əsasən, 14 yaşına çatmamış bütün uşaqların doğum haqqında şəhadətnamələrində Rusiya vətəndaşlığını təsdiq edən möhür olmalıdır. Bu möhür olmadan xaricə getmək, xarici pasport almaq, yaşayış yerində qeydiyyatdan keçmək mümkün deyil. Bu möhürün olmaması da Rusiya pasportunu əldə etməyi qeyri-mümkün edir, buna görə də valideynlərin iştirakı ilə vətəndaşlığın təsdiqi proseduru məcburidir.

Hazırda əkizlər rəsmi olaraq İsrail vətəndaşlarıdır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə