Şarlottaya qarşı beşinci cinayət işi açılıb...

Müğənni Şarlottaya qarşı beşinci cinayət işi açılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti ifaçının atası Valeriyə istinadən xəbər verir.

Xəbər agentliyinin həmsöhbətinin sözlərinə görə, məhkəmə prosesində Şarlottanın ifadəsindən sitat gətirilib, ona qarşı iş açılıb. Eyni zamanda, müğənninin müdafiəsi israr edir ki, bunlar sənətçinin sözləri deyil.

Ata iddia edir ki, oğlu İnstaqramda (ekstremist təşkilat kimi tanınan və Rusiya Federasiyasında qadağan olunmuş Meta şirkətinə məxsusdur-A.B.) müəyyən paylaşım edib, onu xəbər verən vətəndaş görüb. Bundan sonra Şarlotta təqib olunmağa başlanıb.

Xatırladaq ki, bundan əvvəl müğənniyə qarşı dörd iş açılmışdı.

Beloəliklə, Şarlotta Ermənistandan gəldikdən sonra Pulkovoda saxlanılıb. Polis müğənni ilə ötən ilin iyununda lentə alınan Rusiya pasportunu yandıran videodan sonra maraqlanıb. Şarlotta bu videonu İrəvanda olarkən yayımlayıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə