Amerikalı müğənninin Litvadakı konserti ləğv edilib, ruslara görə...

Litvada amerikalı müğənni LP-nin (əsl adı Laura Perqolizzi-A.B.) konserti rus pərəstişkarlarının hədiyyələri səbəbindən ləğv edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Novaya qazeta. Baltiya” yayıb.

Qeyd edək k, Amerikalı müğənninin konserti rus pərəstişkarlarının hədiyyəsi səbəbindən ləğv edilib. Belə ki, ifaçının çıxışı martın 4-də Kaunas şəhərində baş tutmalı idi. Tədbirin ləğv edilməsinə səbəb ifaçının sosial şəbəkələrdə yaydığı video olub. Bunun üzərinə o, Rusiyadan olan pərəstişkarlarının ona hədiyyə etdiyi kapüşonu nümayiş etdirib. Geyimdə üçrəngli rəngə boyanmış gəmi təsvir edilib.

Konsert təşkilatçıları Litvada çıxış etməyi planlaşdıran digər sənətçilərə də müraciət edərək, onlardan Rusiyanın dəstəyinə dözməyəcəklərini vurğulayıblar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə