2022-ci ilin noyabrın 1-də Azərbaycan Respblikasının Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərinə səfər edərək Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirak etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitdə çıxış edərək Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuya və Tunis Respublikasının Prezidenti Kays Sayidə və Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeytə onu Qoşulmama Hərəkatının sədri kimi bu sammitə Fəxri qonaq statusunda iştirak etmək üçün dəvət etdiklərinə görə təşəkkür edib və bunun dostluq və qardaşlıq əlaməti olduğunu, bu mötəbər Sammitdə iştirak etməyi və ölkələrimiz arasında birliyi nümayiş etdirməyi özü üçün böyük şərəf olduğunu, Əlcəzairi belə bir xüsusi gündə, Milli Azadlıq Günündə, Milli Ləyaqət Günündə ziyarət etməyin isə onda xüsusi məmnunluq doğurduğunu qeyd edərək Əlcəzair Prezidentini və hökumətini, bütün Əlcəzair xalqını Azadlıq Günü münasibətilə təbrik edib. Daha sonra Prezident İlham Əliyev dünyada hazırkı beynəlxalq və regional əhəmiyyətli bir neçə problemlə bağlı vacib məqamlara toxunaraq açıq test ilə müstəqil və qalib bir dövlətin prezidenti olaraq öz fikirlərini bildirib. Prezident yeri gəlmişkən son dövrlər Azərbaycana qarşı haqsız iddialar və fikirlər səsləndirən Fransanın tarixi keçmişi ilə bağlı prinsipial mövqe ortaya qoyub."Mən bu gün şəhidlərin xatirəsini yad etdim, Şəhidlər memorialını, eləcə də Mücahidlər Muzeyini ziyarət etdim və gördüklərim mənə çox təsir etdi. Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik".
Daha sonra Prezident Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi xarakter daşığığını, 2022-ci ilin yayında Ərəb Dövlətləri Liqasının Baş katibi cənab Əbul Qeyti Bakıda qəbul etdiyini, bu təşkilala gələcək əməkdaşlığımızla bağlı geniş söhbət apardığını, Azərbaycanın 2006-cı ildən təşkilatın müşahidəçi statusunda üzvü olduğunu və Azərbaycanın bu təşkilatla əməkdaşlığını genişləndirmək istədiyini bildirib. Prezident İlham Əliyev Azərbaycanın Ərəb Dövlətləri Liqasına üzv olan ölkələrlə ikitərəfli əməkdaşlığa da xüsusi önəm verdiyini aramızda olan qarşılıqlı dəstəyi və həmrəyliyi yüksək qiymətləndirdiyini bildirib. Ermənistan-Azərbaycan münaqişəsinə və bölgədə baş verən son hadisələrə toxunan Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın da Əlcəzair kimi işğaldan əziyyət çəkdiyini, bizim torpaqlarımızın otuz il Ermənistanın işğalı altında qalmasını, bütün bu işğal illəri ərzində bizim həmişə ərəb qardaşlarımızın dəstəyini, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss etdiyimizi qeyd edib. İştirakçı üzv dövlətlərin dövlət və hökümət başçılarını məlumatlandıraraq prezident iki il əvvəl Azərbaycan Ermənistan tərəfindən torpaqlarımızın iyirmi faizinin demək olar ki, otuz ilə yaxın davam edən işğalına son qoyduğunu, aparıcı beynəlxalq qurumların qətnamələrinə və qərarlarına baxmayaraq, Ermənistan bütün qərar və qətnamələrə məhəl qoymayaraq Azərbaycanın ərazisinin demək olar ki, 20 faizini qanunsuz olaraq işğal altında saxlamağa davam etdiyini,işğal zamanı bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini, bizim insanlarımızın etnik təmizləməyə məruz qalmasını, Ermənistanın 1992-ci ildə hazırda ondan çox ölkə tərəfindən tanınan Xocalı soyqırımını törətdiyini, BMT-nin Təhlükəsizlik Şurası tərəfindən Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etsə də, lakin bu qətnamələrin heç vaxt icra olunmadığını, bunun isə, bizi başqa bir vacib amilə gətirib çıxarığını, yəni BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmi ilə bağlı problemlərin olmasına,bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunsa da, amma bizə gəldikdə bu qətnamələrin otuz il ərzində kağız üzərində qaldığını, bunun, ikili standart olduğunu, bunun, yolverilməz olduğunu bildirib.Azərbaycan Prezidenti İlham Əliyev deyib:" Bu, beynəlxalq hüququn norma və prinsiplərinə, ölkələrin öhdəliklərinə selektiv yanaşmadır. Buna görə də ədalətsizlikdən və işğaldan əziyyət çəkmiş bir ölkə kimi Azərbaycan münaqişələrə dair yanaşmaların birləşdirilməsi işinə töhfə vermək üçün aktiv şəkildə fəaliyyət göstərir. Bütün münaqişələrə eyni mövqedən yanaşmaq lazımdır. Münaqişələrə yanaşmalarda ikili standart olmamalıdır. İşğal işğal adlandırılmalıdır".Daha sonra təkrarən iki il əvvəl Azərbaycanın, bu münaqişəyə son qoyduğunu, bizim bunu öz gücümüzlə etdiyimizi, bizim BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə etməklə ərazilərimizi güc yolu ilə azad etdiyimizi, Ermənistanı məğlub etdiyimizi, Ermənistan kapitulyasiya etməyə məcbur olduğunu, indi isə bizim torpaqlarımızın azad olunduğunu və bizim öz əzəli və ata-baba torpaqlarımıza qayıtdığımızı bəyan edib.
Daha sonra erməni vandalizminə toxunaraq "Bəs qayıtdıqdan sonra biz nə gördük? On min kvadratkilometrdən çox ərazinin tamamilə məhv edildiyini gördük. Bu ərazi bəzi ölkələrin ərazisinə bərabərdir. Hər bir şey yerlə-yeksan edilmiş, dağıdılmışdır - şəhərlər, kəndlər, binalar, tarixi abidələr, hətta bizim əcdadlarımızın qəbirləri. İşğal zamanı 67 məsciddən 65-i Ermənistan tərəfindən tamamilə dağıdılmışdır. Bu isə terrorçu Ermənistan dövlətinin islamofob mahiyyətinin təzahürüdür", - deyib. Prezident eyni zamanda indi bizim şəhər və kəndlərimizi bərpa etdiyimizi, bizim “Böyük Qayıdış” adlanan proqramın icrasına başladığımızı, bizim bunu öz resurslarımız hesabına etdiyimizi, əfsuslar olsun ki, beynəlxalq donor təşkilatların bizə bu işdə yardım etmədiklərini, Fransanın Əlcazairi işğalı zamanı fransızların 5 milyondan çox mina basdırdığı kimi, bizim də eyni problemlə üzləşdiyimizi, hazırda əziyyət çəkdiyimiz işğal zamanı Ermənistan tərəfindən bir milyondan çox minanın basdırılmasını xatırladıb. O, 2020-ci ilin noyabr ayında müharibə bitdikdən sonra minalar səbəbindən 260-dan çox azərbaycanlının həlak olması, yaxud ciddi yaralanmasını da qeyd edərək minalardan təmizləmə işlərinin də bizim özümüz gördüyümüzü, bizim torpaqlarımızı özümüzün bərpa edəcəyimizi və artıq prosesin getdiyini bəyan edib. Sonda "Biz Ərəb Dövlətləri Liqasının üzv dövlətlərindən olan qardaşlarımızdan yenə həmrəylik görürük, beynəlxalq təsisatlarda dəstək görürük və buna görə çox minnətdarıq. Ərəb Dövlətləri Liqasına qardaş ölkə Azərbaycanın Prezidenti, Qoşulmama Hərəkatının Sədri olaraq mən sizi bir daha əmin etmək istəyirəm ki, biz həmrəyliyimizi, birliyimizi daha da möhkəmləndirmək üçün əlimizdən gələni edəcəyik", - deyərək öz çıxışını tamamlayıb.
İLKİN ƏLİYEV
YAP QARADAĞ RAYON TƏŞKİLATININ FƏAL GƏNCİ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB