Qobustanda Qurban bayramı ərəfəsində şəhid və qazi ailələri ziyarət olunub FOTOLAR

Qurban bayramı ərəfəsində Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının nümayəndələri bir neçə şəhid və qazi ailələrini ziyarət ediblər. Görüş zamanı YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov 44 günlük Vətən müharibəsindən, qazanılan şanlı Qələbədən, Azərbaycan hərbçilərinin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən qəhrəman oğullarımızın Vətən qarşısında şücaətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Həmçinin ziyarət olunan ailələrin qayğıları öyrənilmiş və onların daim nəzarətdə saxlanılacağı diqqətə çatdırılmışdır. İki övladını və həyat yoldaşını şəhid vermiş Narxanım Məmmədova ölkə rəhbərliyinə dualar etmiş, ölkəmizə əmin-amanlıq arzulamışdır. Şəhid və qazi ailələri onlara göstərilən diqqət və qayğıdan razılıqlarını bildirərək Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini çatdırıblar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin və qazilərimizə şəfa versin!

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...