“Bu ermənilərin növbəti təxribat seriyasıdır. Artıq bir neçə gündür ki, ermənilər Kəlbəcər, habelə Laçın rayonu istiqamətindəki bölgələrdə təxribatlar törədir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.
Onun sözlərinə görə, bu təxribatların bir neçə istiqamətdə şərhi var: “Birincisi Ermənistan köhnə xislətinə uyğun olaraq çalışır ki, təxribatları davam etdirsin. Onlar fikirləşir ki, bu yolla Azərbaycan ordusu qıcıqlanacaq və əks hücum edəcək. Bununla da KTMT-nin müvafiq bəndindən yararlansınlar. Bu bir xəyaldır. Çünki Azərbaycan ordusu kifayət qədər peşəkardır. Ermənilərin bu layihəsi alınmayacaq.
İkinci bir istiqamət odur ki, ermənilər çətin vəziyyətdə qalıb. Həm Rusiyadan, həm də Avropa İttifaqından olan təzyiqlər Ermənistanın daxilində çox ciddi gərginliklər yaradıb. Rusiyadan olan "5-ci kalon"la Qərbdən olan "5-ci kalon" yalandan görüntü yaradırdılar ki, guya bir-birlərinə müxalifdirlər. Amma Azərbaycana qarşı bir mövqedən çıxış edirlər. Bu onların xislətindən doğan bir şeydir. Rusiyanın 5-ci kalonu Rusiyadan, Qərbin 5-ci kolonu isə Qərbdən aldığı tapşırıqları icra edirlər. Amma başqa bir fakt da var ki, uzun müddət ermənilərlə çox yaxşı münasibətləri olan İranın hərbi elitası bu gün böyük bir gəlirdən məhrum olub. Azərbaycan ordusu illik gəliri 2-3 milyard dollar olan narkotrafikin qarşısını alıb və bu onlara çox ciddi ziyan vurub. Üçüncü bir istiqamət isə odur ki, Ermənistan məcburiyyət qarşısında qalıb. Paşinyan öz hakimiyyətini itirmək istəmir. Fransız mütəfəkkiri qeyd edir ki, müharibəni əsgərlər aparır, amma generallar qazanır. Bu fikir birmənalı olaraq Ermənistana aiddir. Onu da qeyd edim ki, Ermənistanı qarışdıran qüvvələrdən biri də Fransadır. Ermənilər Fransa vasitəsilə ölmüş ATƏT-i diriltmək istəyirlər. Amma Rusiya bunu istəmir. Görünən odur ki, ermənilərin sərhədi pozmasının siyasi maraqlar coğrafiyası bir qədər genişdir. Amma bu da keçib gedəcək. Azərbaycan siyasi oyunlara gəlməyəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB