YAP Biləsuvar rayon təşkilatında müsabiqə iştirakçıları ilə görüş keçirilib - FOTOLAR

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş 1-ci Rəqəmsal İdeya Müsabiqəsi keçirilmişdir. Müsabiqəni keçirməkdə məqsəd partiyanın gənc fəallarının innovasiya yönümlü potensiallarının aşkarlanması, komanda quruculuğu bacarığının təkmilləşdirilməsi və ölkəmizdəki innovasiya ekosistemində gənclərin iştirakının artırılması idi. Müsabiqədə respublikamızın 60 şəhər və rayonundan 1361 nəfər qeydiyyatdan keçmişdir. Müraciət edənlər arasından 23 fərqli şəhər və rayonu təmsil edən 120 iştirakçı layihədə iştirak şansı qazanıb ki, onlarından da biri YAP Biləsuvar rayon təşkilatının təmsilçisi Nərmin Xaqandır.

Yeni Azərbaycan Partiyasının gənc üzvlərinin böyük marağına səbəb olmuş müsabiqənin 19 may tarixində bağlanış mərasimi keçirilmişdir. Müsabiqədə komandalarla mübarizə apran iştirakçılardan qalib olanlar mükafatlandırılmış və iştirakçılara sertfikatlar təqdim edilmişdir. Müsabiqənin bağlanış mərasimində YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Təhsil naziri Emin Əmrullayev, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və bir neçə Millət vəkili iştirak etmişdir. Müsabiqə iştirakçısı-YAP Biləsuvar rayon təşkilatının təmsilçisi Nərmin Xaqan müsabiqdən sonra YAP Rayon təşkilatında olmuş, müsabiqə barədə təəsüratlarını bölüşmüşdür. Müsabiqəyə qatıldığına və fəal iştirakına görə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı Nərmin Xaqana təşəkkürünü bildirmiş və gələcək ictimai-siyasi fəaliyyətində ona uğurlar arzulamışdır.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə