"ATƏT-in Minsk qrupu artıq bitmiş kimi hesab olunmalıdır" - ŞƏRH EDİLDİ
“Ermənistanın 30 il ərzində Azərbaycana qarşı işğalı və bu münaqişənin həllində ATƏT-in Minsk qrupu demək olar ki, hər hansı bir rol oynamayıb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, müharibənin bitməsi və 10 noyabr birgə bəyannaməsinin imzalanması ilə demək olar ki, regionda yeni bir siyasi intizam formalaşdı: “Ötən gün 16 noyabr tarixində Ermənistanın dövlət sərhədində təxribatları və Azərbaycanın adekvat addımları təbii ki, burada müəyyən döyüşlərin başlanması ilə nəticələndi. Təbii ki, bu proses də Azərbaycanın üstünlüyü ilə yekunlaşdı. Ümumiyyətlə ATƏT-in Minsk qrupu artıq bitmiş kimi hesab olunmalıdır. Nikol Paşinyan da qeyd etmişdi ki, artıq beynəlxalq təşkilatlar da erməniləri qınayırlar. Ona görə də burada ATƏT-in hər hansı bir bəyanat verib-verməməsi Azərbaycan üçün maralı deyil.
Azərbaycan ilə Ermənistan arasında baş verən bu problem yalnız Bakı-Ankara-Moskva çərçivəsində həll oluna bilər. Düşünürəm ki, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ və Fransa Azərbaycan sərhədlərində təxribatların törədilməsində maraqlıdır. Ona görə də bu dövlətlər çox ciddi şəkildə öz passivliyini qoruyub saxladılar”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB