Əsl qurban və qırğınlara məruz qalan türklərdir - Ardahanda erməni zülmü

Əsl qurban və qırğınlara məruz qalan türklərdir - Ardahanda erməni zülmü

1915-ci il hadisələri və qondarma “erməni soyqırımı” iddiaları yenidən gündəmdədir. 1915-ci ildə erməni quldurları ən qəddar qırğınlarından birini Ardahanda həyata keçirdi. Ərəb məscidinə doldurulmuş 370 nəfər yandırılaraq şəhid edildi. Ardahan Universitetinin şöbə müdiri vəzifəsində çalışan Nurettin Büyükbaş 1915-ci ildə baş verən bu hadisə ilə bağlı qısa sənədli film hazırlayıb. "Yanmış məscid" hadisəsi ilə əlaqədar bir çox insandan müsahibə alan Büyükbaş erməni dəstələrinin vəhşiliklərini şahidlərin uşaqlarının dili ilə ekranlaşdırıb. İllərdir "ermənilər soyqırıma məruz qaldı" ifadəsini səsləndirən ermənilərin türklərə qarşı necə qırğınlar etdiklərini bilməyin vacib olduğunu vurğulayıb.

SİA xəbər verir ki, Büyükbaş İllərdir "ermənilər soyqırıma məruz qaldı" ifadələrini səsləndirən ermənilərin türklərə qarşı necə qırğınlar törətdiyini bilməyin vacib olduğunu söyləyib. “Yanmış məscid” hadisəsinin vəhşilik olduğunu ifadə edən Büyükbaş bildirib ki, "Qars və ətrafı 1877-ci ildə ruslar tərəfindən işğal edildi. Bu işğal ilə Qars 40 il rusların hakimiyyəti altında qaldı. Bir çox yerlərdə həmin bölgədə çoxluq təşkil edən ermənilərlə birləşərək işğalla bərabər üç ay ərzində bütün məscidlər, türbələr və tarixi əsərləri məhv etdilər.

Müsəlmanlara qarşı dəhşətli qırğınlar törətdilər. Bu qırğınlardan biri də Ardahanda baş verdi. Rus və erməni qoşunları məscidə təxminən 300-370 nəfər toplayaraq qapıları bağladılar. Məscidin hər tərəfinə ot bağladılar ki, asanlıqla alovlansın. Yüzlərlə insanı məscidə toplayaraq diri-diri yandırdılar. Həqiqi qırğını kimin etdiyi gün qədər aydındır. Əsl qurban və qırğınlara məruz qalan Türklərdir"- deyə Büyükbaş vurğulayıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə