Erməni komandiri Paşinyanı fiziki məhv edəcəyini bildirdi İLGİNC+FOTOLAR

İkinci Qarabağ müharibəsi dövründə Hadrutda yerləşən 1-ci erməni batalyonun komandiri, eləcə də birinci Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşmüş Vaan Badasyan erməni KİV-lərinə verdiyi müsahibəsində maraqlı etiraf edib. SİA xəbər verir ki, Ermənistanda "ordu günü" ilə bağlı Yerablur hərbi məzarlığını ziyarət edən erməni komandiri ölkənin baş naziri Nikol Paşinyanı fiziki şəkildə məhv etməyə hazırdır. Bu barədə erməni teleqram kanalları da videogörüntüləri paylaşıblar. "Şəxsən mən əlimdə silah Paşinyanı məhv edəcək adamlardan biriyəm", deyə o etiraf edib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...