2021-ci il dövlət büdcəsində dövlət qulluqçularına verilən mükafatlar istisna olmaqla bonuslar üçün 18 milyard 825 milyon dram nəzərdə tutulur və bu rəqəm əvvəlki ilə nisbətən 21 faiz çoxdur. SİA Ermənistana məxsus hayeli.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu maliyyə naziri Atom Cancuqazyan 2021-ci il büdcə layihəsinin müzakirəsi zamanı "Parlaq Ermənistan" fraksiyasından olan deputat Arkadi Xaçatryanın sualını cavablandırarkən bəyan edib.
Nazir Cancuqazyan açıqlama da verərək məsələyə münasibət bildirib.
“Necə deyərlər, şərhlər lazımsızdır. Mübarizə aparırıq. Hər gün bütün ermənilərdən pul istəyirik. Ordunun silahlandırılması məsələsinin ölümcül olduğunu bəyan edirik. Əslində, hökumət bonuslar olmadan işləmək istəmir. Bonus maaşın bir hissəsidir. Narahatçılığa görə üzr istəyirik. Səlahiyyətli şəxslər qanunla tələb olunduğundan çox işlədiklərini düşünürlərsə, heç kim onları tutub saxlamır, qoy bir açıqlama yazsınlar və çıxsınlar. Dövlət idarəetmə sistemində işləmək çətin və mürəkkəb bir işdir. Ancaq mənə inanın, döyüş meydanında mübarizə aparmaq daha çətindir. Müharibədə həlak olan 1170 əsgəri xatırlayın, dəfnində iştirak edin, xəstəxanalara gedin, minlərlə yaralı oğlana baxın. Baxın və nəhayət anlayın ki, siz onların hesabına yaşayırsınız, çünki ayaqları, qolları, görmə qabiliyyəti, eşitmə, həyati orqanları itiriblər. Siz isə gəzirsiniz, dinləyirsiniz, sağlam yaşayırsınız. Belə halda hökumətin bonuslar olmadan işləmək istəməməsi müharibə zamanı xəyanətdir”, deyə maliyyə naziri Atom Cancuqazyan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB