Səfir: "Əlimizdə Ermənistanı ifşa edəcək dəlillər var" - AÇIQLAMA

Yaxın Şərqin müxtəlif ölkələrindən terrorçuların Ermənistan ordusuna daxil edildiyi və döyüşə girdiyi ilə bağlı dəlillər mövcuddur. Bir çox livanlı, suriyalı Ermənistan ordusunun tərkibində Azərbaycana qarşı döyüşür. SİA xəbər verir ki, bunu Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadə ölkənin Xarici Müxbirlər Klubunda jurnalistlərə açıqlamasında deyib.

Səfir Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyanın ötən il Qarabağa səfərindən sonra İrəvanın hərbi siyasətini aqressivləşdirdiyini söyləyib.

Paşinyanın səfərdə bölgənin Ermənistan ilə birləşdirilməsi çağırışı etdiyini, səfərdən sonra da İrəvan tərəfindən Dağlıq Qarabağ məsələsi ilə bağlı “yeni bölgə üçün yeni müharibə” başladacağı siqnalının verildiyini qeyd edib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə