Robert Koçaryan Ermənistanı məhkəməyə verdi TƏZMİNAT

Robert Koçaryan Ermənistanı məhkəməyə verdi TƏZMİNAT

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Ermənistan respublikasına qarşı məhkəmə iddiası qaldırıb. SİA aysor.am-a istinadən xəbər verir ki, o maliyyə nazirliyinin hüquqlarını pozduğunu bildirib və qeyri-material ziyanının ödənilməsini tələb edib.

Belə ki, Koçaryan xəstəxanada olarkən, onun vəkili Hayk Alumyan martın 10-dakı iclasda iştirakı zamanı hakim Anna Danibekyanın Robert Koçaryanın razılığı olmadan, onun sağlamlığı barədə gizli saxlanılan informasiyanı ictimailəşdirdiyini qeydə alıb.

Sabiq prezident qeyri-material zərərinə görə Ermənistan respublikasından 2 milyon dram kompensasiya tələbində bulunub.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə