"Paşinyan rejimi təhlükəli Soros planlarına xidmət edir” Miqran Akobyan

"Paşinyan rejimi təhlükəli Soros planlarına xidmət edir” Miqran Akobyan

“Ermənistan hakimiyyəti qanunun gücü ilə Rusiya telekanallarını ictimai multipleksdən çıxarmaq niyyətindədir. Tezliklə Ermənistan sakinləri illər boyu yayımlanan Rusiya kanallarını, o cümlədən Ermənistanda geniş izləyicisi olan “Birinci Kanal”, “Rusiya” və “Kultura” kanallarını adi kanallar vasitəsilə izləyə bilməyəcəklər.” Bu sözləri ictimai-siyasi xadim Miqran Akobyan öz Facebook səhifəsində yazıb.

“Nikol Paşinyan rejimi bu qərarı “əsaslandırır” ki, guya ictimai multipleksdə yalnız erməni telekanalları olmalıdır. Digərləri şəxsi multipleksdə (hansı ki, mövcud deyil) və ya xüsusi kabel şəbəkələrində ola bilər.

Ağılsız bir adam da başa düşür ki, İngilis telekanallarına gəlincə, bütün bunlar illüziyadan başqa bir şey deyil. Çünki Ermənistandakı ictimai multipleksdə illərlə yayımlanan CNN-in sıfır səviyyəsində auditoriyası var. Bunlar dil, mədəniyyət və sivilizasiya ilə bağlı həqiqətlərdir. Rus dilindəki kanallar isə, xüsusən “Birinci Kanal” və “Rusiya” kanalı çox geniş auditoriyaya malikdir.

Bu addımla Nikol Paşinyan rejimi anlaşılmaz və təhlükəli Soros planlarına xidmət edərək, Ermənistan-Rusiya hərbi-siyasi ittifaqını qırmaq, Ermənistanı Rusiyadan bir daha uzaqlaşdırmaq niyyətində olduğunu nümayiş etdirir.

Əlbətdə ki, Nikol Paşinyan rejimi Rusiya televiziya kanallarının ictimai multipleksindən çıxarılmasını suverenliyin möhkəmlənməsinə, erməni dilinin mövqeyinin möhkəmlənməsinə əsaslandırmağa çalışacaq. Amma hamı başa düşür ki, Sorosun və onun fondunun planı, əmri ilə hakimiyyətə gələn bir qrup insan suverenlik və erməni kimliyinin güclənməsi barədə danışa bilməz və onlar Ermənistan məxsus milli hər şeyə qarşı müharibə elan edib.

Sifarişçilərin diktə etdiyi Paşinyan rejimi Ermənistan əhalisini rusdilli sivilizasiya-informasiya məkanından çıxartmaq, Rusiyada yaşayan 3 milyona yaxın erməninin ortaq bir mədəniyyət və informasiya sahəsində yaşamaq perspektivlərindən məhrum etmə kimi qarşılarına qoyulan vəzifəni icra edir”, deyə Miqran Akobyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə