Sudanda Üsama bin Ladeni qəhrəman hesab edirlər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qərbdə "Əl-Qaidə" lideri Üsama bin Ladenin öldürülməsi bayram edildiyi bir vaxtda, Sudanın paytaxtı Xartumda bin Laden üçün cənazə namazı qılınıb. 1992-1996-cı illərdə Sudanda yaşayan Üsama bin Ladenə burada qəhrəman kimi yanaşırlar.
Sudan mərkəzi məscidinin önündə qılınan cənazə namazına yüzlərlə adam qatılıb. Amerika Birləşmiş Ştatları əleyhinə şüarlar səsləndirilib. Sudan qəzetləri isə yekdil olaraq "Sudan xalqı bin Ladenin ölümünə ağlayır" kimi başlıqlarla çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB