Erməni terror təşkilatı Türkiyəni hədələyib

Erməni terror təşkilatı Türkiyəni hədələyib

Erməni terror təşkilatı ASALA Türkiyənin Tbilisidəki səfirliyinə təhdid məktubu göndərərək, Ankaranı Dağlıq Qarabağ probleminin həlli məsələsində Azərbyacanı dəstəkləməkdən əl çəkməsi üçün hədələyib.

SİA-nın xəbərinə görə, "prosesdən çəkilin, yoxsa tamamlanmayan işi tamamlarız", yazılan məktubda erməni terror təşkilatı 1973-1984-cü illərdə türk diplomatlarına qarşı terror aktlarının davam edəcəyinə işarə edib.
Ermənilərin 24 aprel - qondarma "soyqırmı" ərəfəsində Türkiyənin Fransa və Kanada səfirliklərinə də məktublar göndərdikləri bildirilir.

Bununla bağlı Türkiyə Milli Kəşfiyyat İdarəsi araşdırmalar aparır. Qardaş ölkənin səfirliklərində təhlükəsizlik tədbirləri gücləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə