"Milli Məclis xüsusi iş rejimində fəaliyyət göstərir" SPİKER

"Bu gün koronavirus infeksiyası dünyanın 190-dan çox ölkəsinə yayılıb. Azərbaycan Prezidenti və Birinci vitse-prezidentin gördüyü işlər nəticəsində bu infeksiya ilə balı ölkəmizdə qabaqlayıcı işlər həyata keçirilir". SİA-nın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.

O bildirib ki, Milli Məclis də koronavirusa qarşı mübarizə prosesinə qoşulur: "Milli Məclis koronovirusla mübarizə çərçivəsində xüsusi iş rejimində fəaliyyət göstərir. Hazırda Milli Məclisin komitə və komissiyalarının iclasları onlayn keçirilir. Lazımı təchizat yarandıqdan sonra Milli Məclisin plenar iclasları da onlayn keçiriləcək".

Spiker Sahibə Qafarova deyib ki, Mİlli Məclis tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manatdan çox vəsait köçürülüb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə