Yunanıstan prezidenti Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda rəsmi səfərdə olan Yunanıstan prezidenti Karolos Papulyas aprelin 5-də Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
SİA-nın məlumatına görə, qonaq akademik Zərifə Əliyevanın da məzarını ziyarət edib, məzarı üzərinə gül dəstələri düzüb. Yunanıstan prezidenti daha sonra Şəhidlər xiyabanını ziyarət edib. Qonaq şəhidlərə ehtiramını bildirib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB