“Müasir dünyada mədəniyyətlərin müxtəlifliyi və dialoq fəlsəfəsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək

“Müasir dünyada mədəniyyətlərin müxtəlifliyi və dialoq fəlsəfəsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək

7-9 aprel 2011-ci il tarixlərdə AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun təşkilatçılığı ilə "Ümumdünya mədəniyyətlərarası dialoq" forumu çərçivəsində "Müasir dünyada mədəniyyətlərin müxtəlifliyi və dialoq fəlsəfəsi" mövzusunda beynəlxalq konfrans keçiriləcək.


SİA-nın xəbərinə görə, konfransda Azərbaycan filosofları ilə yanaşı, Avropa, Asiya və Afrikanın tanınmış alim və filosoflarının da iştirakı gözlənilir.
Dünyada öz dərkini və sərhədsiz dünya və mədəniyyətlərin orijinallığı və müxtəlifliyini qoruyub saxlamaq cəhdi arasında uyğunluğun birgə axtarışının tələb edildiyi bir vaxtda filosofların mədəniyyətlərin dialoquna kömək edən mühitin yaradılması üçün məsləhətləşmə və fikir mübadiləsi aparması zəruridir.


Tədbir çərçivəsində "Müasir dünyada dialoq fəlsəfəsinin dərkinə dair" və "Mədəniyyətlərin müxtəlifliyi və qloballaşma: stereotiplərdən azad olaraq dialoq axtarışlarında" mövzularında iki "Dəyirmi Masa" keçiriləcək.


Həmçinin, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun üzv olduğu Avropa və Asiya Fəlsəfə İnstitutları Assosiasiyası direktorlarının xüsusi iclası da keçiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə