MTN-in Heydər Əliyev adına Akademiyasında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü anılıb

MTN-in Heydər Əliyev adına Akademiyasında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü anılıb
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında 31 mart - azərbaycanlıların soyqırımı günü anılıb. MTN-in İctimai Əlaqələr Mərkəzindən SİA-ya verilən məlumata görə, çıxış edən məruzəçilər bildiriblər ki, mürəkkəb və keşməkeşli dövr sayılan XX əsr artıq tarixə çevrilsə də, bu yüzillik ərzində üzləşdiyimiz faciələr, xüsusən torpaqlarımıza köçürülmüş ermənilərin vəhşilikləri yaddaşımıza əbədi olaraq həkk edilib. Bildirilib ki, qanlı 31 mart soyqırımından yüz il keçsə də, bu tarixi ədalətsizliyin vurduğu mənəvi zərbəni Azərbaycan xalqının indiki nəsli heç vaxt yaddan çıxarmamalıdır. Sonda şəxsi heyətə erməni terrorunu ifşa edən "Yalan haqqında həqiqət" sənədli filmi nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə