Gəncə ətrafı rayonlarda QİÇS virusuna qarşı müayinə olunanların sayı 14-mini ötüb
Son bir ildə Gəncə və ətraf rayonların sakinləri daxil olmaqla QİÇS virusuna qarşı müayinə olunan vətəndaşların sayı 14 mini ötüb. Bu barədə SİA-nın bölgə müxbirinə Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin baş həkimi Almaz Tomiyeva məlumat verib.
Onun sözlərinə görə, müayinə olunan şəxslərdən 3951 nəfəri kişilər, 11 min 17 nəfəri isə qadınlardır. Qan nümunələri götürülən şəxslərdən 68-ində (seropozitiv) nəticələr qeydə alınıb. Yəni bu şəxslərdə QİÇS virusu tapılıb.
Həkim əlavə edib ki, virusa yoluxan 68 nəfərdən 12-si Gəncə, digərləri isə ətraf rayonlara Rusiyadan gələn Azərbaycan vətəndaşlarıdır. Xəstələr Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyata alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB