“Müxalifət dünən olduğu kimi bu gün də əxlaqsız əməllərini davam etdirir” RƏY-ÖZƏL

“Müxalifət dünən olduğu kimi bu gün də əxlaqsız əməllərini davam etdirir” RƏY-ÖZƏL

"Birmənalı şəkildə demək olar ki, ələ baxım funksiyasını yerinə yetirən müxalifətin Azərbaycan cəmiyyətində heç bir sosial bazası yoxdur".

Bunu SİA-ya açıqlamasında TOHGMİB-nın sədri Emin Həsənli deyib. Onun sözlərinə görə, bu baxımdan onlar xarici maraqlı dairələrlə iş birliyi qurmaqla onlardan maddi və mənəvi dəstək almağa çalışırlar: "Bu da onu bir daha onu təsdiq edir ki, Əli Kərimlinin, Arif Hacılının, İsa Qəmbərin, Pənah Hüseynin və digərlərinin xarici görünüşləri, xüsusilə də, libasları və saçlarının rəngi dəyişsə də, düşüncələri ötən əsrin 90-cı illərin düşüncəsidir. Dünən olduğu kimi bu gündə səhvlərini və yaramaz, əxlaqsız əməllərini davam etdirirlər. Xaricdə də maraqlı qüvvələr daxildə olan müxalifətə qrantlar və sifarişlər verirlər ki, ölkədə nə isə bir xoşagəlməz hərəkətlər etsinlər. Ona görə də, müxalifət təmsilçiləri öz düşərgələri daxilində digər rəqiblərini sıradan çıxartmaq üçün əllərindən gələni edirlər ki, xaricdən gələn maliyyə vəsaitini daha çox özləri mənimsəsin. Burada əsas məqsəd bundan ibarətdir. Yəni bu cür variantlarla həm ömürlərini uzatmaq, həm gündəmdə qalmaq, həm də ki, pul qazanmaq istəyirlər. Ümumiyyətlə, bu illər ərzində müxalifət düşərgəsini təmsil edən şəxslər heç vaxt biri-birinə tam səmimi olmayıblar. Onların bir-birinə səmimi olmamasının başqa bir səbəbi də, həmin şəxslərin hər biri özünü digərindən üstün tutması və şəxsi ambisiyalarının olması ilə bağlıdır. Bütün bunlar onu deməyə əsas verir ki, müxalifət düşərgəsində yeni birliyin yaradılmasından söhbət gedə bilməz".

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə