Görkəmli neftçi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti, professor Xoşbəxt Yusifzadənin doğum günü ərəfəsində neftçilərin ona bəslədiyi dərin ehtiramın ifadəsi olaraq mahnı diski buraxılıb. ARDNŞ-dan SİA-ya verilən xəbərə görə, diskdə X.Yusifzadəyə həsr olunan "Layiqdir buna Xoşbəxt" mahnısı, onun həyat və fəaliyyətini əks etdirən sənədli video kadrlar yer alıb. Mahnının sözləri Nazim Aslanın (Vəliyev), musiqisi Rasim Müzəffərlinindir. Mahnını Azərbaycanın xalq artisti Ağadadaş Ağayev ifa edib. Layihənin rəhbəri İlqar Əliyevdir. Diskdə həmçinin müxtəlif illərdə çəkilən sənədli filmlərdən istifadə olunub, X.Yusifzadənin görüntüsü olan fraqmentlər toplanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB