"İkram Rəhimovun adının jurnalistika ilə qoşa çəkilməsi absurddur” ÖZƏL-MÖVQE
"Dövlət Təhlükəsizlik Xidmətinin reket jurnalist İkram Rəhimovla bağlı son əməliyyatında elə dəqiq və aşkar fakt üzə çıxıb ki, o faktdan sonra həmin adamın əməllərini sübut etmək üçün əlavə nələrəsə ehtiyac yoxdur. Artıq həmin faktlar bu cür adamların jurnalistika üçün nəinki ləkə sayılır, hətta ləkədən də daha böyük cinayət, oğurluq, yalan faktı olduğunu bir daha ortaya qoyur". Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktorun sözlərinə görə, belələrinin jurnalistikadan ümumiyyətlə uzaqlaşdırılması indi zamanın tələbinə çevrilib: "Əlbəttə, bu cür əməllərlə məşğul olan jurnalist adı, vəsiqəsi, sənəti, qələmi adı altında əsl bazarlıq edən adamların ümumiyyətlə, jurnalistika ilə paralel sözünün, söhbətinin hallanması belə yolverilməzdir. Belələrinin adının jurnalistika ilə qoşa çəkilməsi absurd fikirdir. Ona görə də DTX tərəfindən başlanmış bu cür prosesləri dəstəkləmək lazımdır. Söhbət jurnalistikanın təmizlənməsindən və jurnalistikada peşəkarlığın daha üstün olmasından gedir. Hökumət orqanlarının inzibati müstəvidə başlatdığı bu tədbirləri dəstəkləməliyik və bu gələcəkdə də davam etdirilməlidir. Bir tərəfdən Azərbaycan Mətbuat Şurası səviyyəsində ictimai qınaq mexanizmi, digər tərəfdən isə rəsmi dövlət qurumları tərəfindən aparılan inzibati tədbirlər əminəm ki, sonda nəticə verəcək. Əslində burada kimlərsə bunu jurnalistikaya qarşı həyata keçirilən tədbirlər kimi qələmə verməyə çalışsalar da, o tədbirlərin jurnalistika kimi yozulması qəti surətdə yol verilməzdir. Çünki həmin adamlar jurnalist deyil və onların məşğul olduqları sənət də jurnalistika deyil. Həmin adamlar cinayətkardır və cinayət yollarında pul qazanmağa meyilli şəxslərdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB