Qışda yetişən alçanın kilosu 130 dollara satılıb

Qışda yetişən alçanın kilosu 130 dollara satılıb
Türkiyənin Mərsin bölgəsində təbiət öz sözünü deyir. SİA-nın məlumatına görə, Mərsində havaların isti keçməsi yay meyvəsi olan alçanın qışda yetişməsinə səbəb olub.

Qış mövsümündə bar verən alça ağaclarının meyvəsi kilosu 130 dollardan İstanbulda bazarda satışa çıxarılıb.

Mərsinli istehsalçı Hüsnü Göylər bölgədə yaşanan yay havasının öz təsirini göstərdiyini bildirib: "Türkiyənin bir çox yerlərində qar, yağış və soyuq hava hökm sürür. Mərsində isə havalar yay aylarından fərqlənmir. Ümumiyyətlə, Türkiyədə ilk nübar alça həmişə Mərsində yetişir. Amma bu adətən aprel ayına təsadüf edirdi. İlk dəfədir ki, bu hadisə qış aylarında baş verir".

İstehsalçı İstanbula göndərilən alçanın əsasən hamilə qadınların istəklərini qarşılayacağını vurğulayıb. Onun sözlərinə görə, dolu yağması məhsulun bir qisminə zərər versə də, təmiz 20 kiloqram meyvə əldə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə