Pakistanda Kamikadze hücumu nəticəsində ən azı 40 nəfər ölüb

Pakistanda Kamikadze hücumu nəticəsində ən azı 40 nəfər ölüb

Pakistanın Əfqanıstanla sərhədindəki Bajur bölgəsində ərzaq paylama mərkəzində yardım üçün gözləyən bir qrup kamikadze hücumuna məruz qalıb.

SİA-nın xəbərinə görə, çadra geyinən kamikadze əvvəlcə əlindəki qumbaraları insanların toplaşdığı yerə atıb, sonra isə üzərindəki partlayıcıları işə salıb.

Hücumda ən azı 40 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

Bəzi yaralıların vəziyyətinin ağır olduğu, ölü sayının arta biləcəyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə