“Bu, Azərbaycanın dünya miqyasında böyük siyasi nüfuza malik olmasını göstərir” AÇIQLAMA
"Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Bakıya işgüzar səfəri Azərbaycan və Rusiya münasibətlərində yüksək inkişafın olmasını göstərir". Bunu SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.
Onun sözlərinə görə, belə ki, Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin 2018-ci ildə 34% artması və bu artımın davam etməsi Azərbaycan iqtisadiyyatının güclənməsi, qeyri neft sektorunun inkişafı, kənd təsərrüfatı məhsullarının eksportunun inkişafı deməkdir: "Qısa müddət ərzində Azərbaycan ilə Rusiya prezidentlərinin 4-cü dəfə görməsi münasibətlərin strateji səviyyədə olmasını göstərir İki dövlətin iqtisadiyyatına qoyulan investisiyalar, hərbi sahədə əməkdaşlıq, mədəniyyət və turizm sahəsi ilə baglı bir çox sazişlərin imzalanması Azərbaycanın MDB dövlətləri arasında o cümlədən, dünya miqyasında böyük siyasi nüfuza malik olmasını göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB