Yeni Azərbaycan Partiyasının rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən “Heydər Əliyev” portretinin təqdimat mərasiminin iştirakçıları mayın 7-də Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
SİA xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB