Çavuşoğlu Tillersonla nədən danışdı?

Çavuşoğlu Tillersonla nədən danışdı?

“ABŞ-la münasibətlərin normallaşması barədə razılığa gəlmişik. Ancaq YPG-nin Menbiçdən çıxması lazımdır”. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada ABŞ-ın dövlət katibi Reks Tillersonla birlikdə keçirdiyi mətbuat konfransında bildirib.

XİN rəhbəri deyib: “Artıq vəd, söz deyil, konkret addımlar atılmasını istəyirik. Ya bu əlaqələri yenidən bərpa edəcəkdik, ya da münasibətlərimiz pisləşməyə doğru gedəcəkdi”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə