ABŞ xüsusi xidmət orqanları uzun müddətdir misli görünməmiş maxinasiyalar həyata keçirərək dövlətə böyük məbləğdə ziyan vuran erməni əsilli olan mütəşəkkil cinayətkar qruplaşmanı ifşa etməsinə baxmayaraq bu cinayət əməlində görünməyən tərəfləri getdikcə bilinməyə başlayır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, cinayətkar qruplaşmanının Xac atası olan "Pzo"nun prezident Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyanla olduqca yaxın münasibətləri olub. Belə ki, A.Kazaryan 1990-cı illərin əvvəllərində Bakıdan qaçaraq İrəvanda məskunlaşıb. Lakin 1996-cı ildə o dövrün daxili işlər naziri Vano Siradeqyanın kriminal aləmə müharibə elan etməsindən sonra Azərbaycan pasportu ilə ABŞ-a mühacirət edib. 1998-ci ildə Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən və Robert Köçəryanın komandasının hakimiyyəti ələ almasından sonra Kazaryana bu ölkədə yaşıl işıq yanıb.
Onun Ermənistanda son illər azı iki dəfə saxlanıldığı məlumdur, lakin hər dəfə şəxsən prezident Sarkisyanın, xüsusən onun qardaşı, kriminal aləmdə "Saşik" kimi tanınan Aleksandr Sarkisyanın müdaxiləsindən sonra azadlığa buraxılıb. Erməni qəzetlərinin yazdığına görə, "Pzo" "Saşik"in Amerikadakı biznesinə nəzarət edən adamdır.
Məlumatlara görə, "Pzo" Ermənistanın eks-prezidenti Robert Köçəryanın oğlunun toyunda da iştirak edib və olduqca bahalı hədiyyələr gətirib. ABŞ-ın mətbu orqanlarında verilən digər məlumata görə, "Pzo"nun Ermənistanın xüsusi xidmət orqanları ilə də güclü əlaqələri var. Nəşrdə kriminal avtoritetin Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin "Nubaraşen" türməsinin rəisi Serob Arutyunyanla qalmaqallı əlaqələrinə dair faktlarda yer alıb. Belə ki, "Pzo" Ermənistanın xüsusi xidmət orqanları ilə çoxdandır əməkdaşlıq edir və onlar tez-tez bir-birlərinin əlindən tuturlarr.
Eyni zamanda Amerikada erməni mafiyasının ifşa olunması və onun hakimiyyət rəhbərliyi ilə əlaqələri Ermənistan müxalifətinin İrəvanda keçirdiyi mitinqdə də səslənib. Ermənistan Milli Konqresinin nümayəndəsi, "Respublika" Partiyasının lideri Aram Sarkisyan deyib ki, keçmiş prezident Robert Köçəryan hakimiyyətdə olduğu müddətdə korrupsiyadan və beynəlxalq cinayətkar qruplaşmalarla əlaqələrindən istifadə edərək ölkənin ən varlı adamı olub.
Ermənistan Milli Konqresinin koordinatoru Levon Zurayan isə onların əlində "Pzo"nun hakimiyyətlə güclü əlaqələrinə dair faktların olduğunu deyib. L.Zurabyanın bildirdiyinə görə, 2008-ci il prezident seçkiləri zamanı "Pzo" Ermənistana gəlib və kriminal qruplaşmaları Levon Ter-Petrosyana qarşı səfərbər edib. Ermənistan Milli Konqresinin koordinatoru bildirib ki, dünya miqyasındakı bu qalmaqal Ermənistandakı sonrakı proseslərə ciddi təsir edəcək. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət təsdiq edir ki, erməni müxalifəti əslində mafioz təşkilatla mübarizə aparır, bu hakimiyyət beynəlxalq mafiya ilə əlbirdir və ona kömək edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB