“Sarkisyana artıq heç kim inanmır” MÖVQE

“Sarkisyana artıq heç kim inanmır” MÖVQE

“Sarkisyanın yalanlarına artıq heç kim inanmır. Ən böyük yalanı bu idi ki, guya Ermənsitan sülhə hazırdır, Azərbaycan buna mane olur. Digər bir yalanı isə Azərbaycanın 2016-cı ilin aprelində savaşı başlatmasıdır və guya bununla danışıqlara ciddi zərbə vurmasıdır. Bütün bunlar yalandır”. SİA-nın verdiyi məlumata görə, bunu açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti AŞPA-da bu yalanlara etirazını bildirdi: “Təəssüf ki, avropalı deputatlar Sarkisyana ciddi suallar ünvanlamadılar. Demədilər ki, niyə Ermənsitan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmır? İşğal altındakı torpaqlara köçürmə, Laçında, Şuşada tikinti həyata keçirir? Yaxud niyə Azərbaycanın iki girovunu geri qaytarmır? Bu suallar açıq qaldı və heç bir avropalı deputat ona bu sualları ünvanlamadı. Sarkisyan guya sülhdən danışır, amma onun necə həyata keçirilməsi mexanizmini göstərmədi. Hər kəs bilir ki, Dağlıq Qarabağ ətrafındakı rayonları şantaj predmeti olaraq azad etmək istəmirlər. Yəni, referendumun vaxtını bizdən almaq istəyirlər. Sarkisyan ciddi detallara toxunmadan ümumi şəkildə dedi ki, guya Ermənistan sülh istəyir, Azərbaycan buna maneə olur. Qeyd etdiyim suallar Sarkisyana ünvanlansaydı, onun necə cavab verəcəyi maraq doğururardı. Bu halda Sarkisyan hər zamankı hərəkətini etdi. Yalan və riyakarcasına çıxış etdi”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə