Sarkisyan Moskvaya gedir

Ermənistan prezidenti Serj Sarkisyan sabah Rusiyanın paytaxtı Moskvaya səfər edəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti xəbər yayıb.

Məlumata əsasən Sarkisyan Moskvada MDB-yə üzv ölkələrinin hökumət başçılarının qeyri-rəsmi görüşündə iştirak edəcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə