“Üçtərəfli format iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək” MÜNASİBƏT

“Üçtərəfli format iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək” MÜNASİBƏT

“Azərbaycan-Türkiyə-Pakistan XİN rəhbərlərinin görüşü region üçün çox əhəmiyyəti olacaq”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, görüşdə xarici işlər nazirləri birgə bəyənnamə qəbul etdilər: “Görüşdə Azərbaycan,Türkiyə və Pakistan bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini və regionda sabitliyin təmin olunmasında bir birilərinin yanında olduqlarını bildirdilər. Bununla belə ölkələrarası strateji əməkdaşlığın inkişaf etdirmək imkanları da genişdir. Xarici işlər nazirləri ölkələrarası iqtisadi əməkdaşlıq imkanlarından danışaraq gələcəkdə bu potensialdan səmərəli istifadə etmək istəklərini bildiriblər. Düşünürəm ki, Azərbaycan, Türkiyə və Pakistan arasında dostluq və əməkdaşlığın möhkəmlənməsi ölkələrimizin iqtisadiyyatlarının inkişafına öz töhfəsini verəcək”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə