125 seçki dairəsi üzrə 1322 nəfərin namizədliyi təsdiq edilib

125 seçki dairəsi üzrə 1322 nəfərin namizədliyi təsdiq edilib

Son məlumatlara görə, 125 seçki dairəsi üzrə 1322 nəfərin namizədliyi təsdiq edilib. SİA-nın xəbərinə bu haqda Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib.

 

Namizədliyi təsdiqlənənlərdən 1266 nəfər dairə seçki komissiyalardan imza vərəqələri götürüb. Onlardan 399 nəfəri imza vərəqələrini və digər zəruri sənədləri seçki komissiyalarına təhvil verib. MSK sədri imza vərəqələrini qaytaranlardan 210 nəfərin namizədliyinin qeydə alındığını diqqətə çatdırıb. O, ümumilikdə 16 siyasi partiya üzvlərinin namizəd olaraq qeydə alındığını vurğulayıb.

 

M.Pənahov ölkə ərazisində seçkini müşahidə etmək üçün MSK-ya 590 müraciətin daxil olduğunu, müraciətlərin hamısının müsbət cavablandırıldığını deyib. Konkret seçki dairələri üzrə müşahidə aparmaq üçün dairə seçki komissiyalara indiyədək müraciət edənlərin sayı isə 1849 nəfərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə