Cəlilabadda "Bilik günü"ndə üç yeni məktəb binası istifadəyə verilib

Cəlilabadda "Bilik günü"ndə üç yeni məktəb binası istifadəyə verilib

Sentyabrın 15-də Cəlilabad rayonunda üç yeni məktəb binası -360 yerlik Xəlilabad, 260 yerlik Şiləvəngə və 220 yerlik Zopun kənd orta məktəbləri istifadəyə verilib.

SİA-nın cənub bürosunun məlumatına görə, bundan əlavə Təhsil Nazirliyinin hesabına 5 məktəb binası əsaslı təmir olunub, bir neçə məktəbin maddi texniki bazası gücləndirilib. Həmçinin şəhər İcra Hakimiyyəti tərəfindən 1000 nəfər aztəminatlı şagird pulsuz məktəbli forması ilə təmin edilib.

Yeni məktəb binalarının açılışında Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və digər rəsmi şəxslər iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə