İdarə rəisləri, komandirlər işdən çıxarılır
Ermənistanın Müdafiə Nazirliyində ciddi dəyişikliklər olacaq. "Joğovurd" qəzetinin yaydığı məlumata görə, yaxın vaxtlarda nazirliyin bir neçə idarə rəisi, hərbi hissə komandirləri işdən azad ediləcək.
Dəyişikliklərin ötən gün prezident Serj Sarkisyanın nazirliyə etdiyi "sürpriz" səfərdən sonra başladığı bildirilir.
Xatırladaq ki, bir neçə gün öncə Ermənistanın hərbi polis rəisi və raket və artileriya qoşunlarının komandanı işdən azad edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB