Tamerlan Vahabov: “Azərbaycanın İslam dünyası ilə konstruktiv əlaqələri var” AÇIQLAMA
"Ümumiyyətlə Azərbaycanın keçirdiyi idman oyunlarının hamısına nəzər salanda görərik ki, burada zəncirvari bir məntiq var. Məsələn, biz 2015-ci ildə Bakıda I Avropa Oyunlarını keçirdik. Daha sonra bu il IV İslam Həmrəyliyi Oyunlarını təşkil etdik. Yəni bu, Azərbaycanın sadəcə oyunları keçirmək xatirinə təşkil etdiyi bir oyunlar deyildi. Beləki bu oyunların siyasi əhəmiyyəti də var". Bunu SİA-ya açıqlamasında beynəlxalq ekspert Tamerlan Vahabov deyib.
Onun sözlərinə görə, Azərbaycan özünü xarici siyasətdə, həm də mədəniyyətinin müxtəlif sahələrdə nümayiş etdirir: "Azərbaycan müsəlman ölkəsidir. Eyni zamanda İslam dünyası ilə də konstruktiv əlaqələri var. Bununla belə ölkəmizin Avropa kimliyi də var. Ona görə də Azərbaycan qərb və şərqin kəsişdiyi bir yer olaraq həm xarici siyasətində, həm də təşkil etdiyi bütün tədbirlərdə öz sözünü deyir. Bu Azərbaycanın ilk növbədə tanıtımı üçün böyük bir platformadır. Azərbaycanın xarici siyasətindəki əsas məqamlarından biri də ölkə özü haqqında güclü tərəflərini təqdim etməsidir. Təbii ki, ölkəmizdə də bunu bacarır və biz bunu görürük".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB