Nəcməddin Sadıkov NATO toplantısında iştirak edəcək

Nəcməddin Sadıkov NATO toplantısında iştirak edəcək

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO Hərbi Komitəsinin "Qətiyyətli dəstək" formatında keçiriləcək görüşündə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb.

Tədbir mayın 17-də NATO-nun mənzil-qərargahında baş qərargah rəisləri səviyyəsində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə