Trampın reytinqi endi SƏBƏBLƏR

ABŞ prezidenti Donald Trampın reytinqi 20 yanvarda baş tutmuş inaqurasiyasından bu yana minimal həddə qədər enib. SİA xəbər verir ki, Gallup sorğu mərkəzinin apardığı araşdırmadan sonra prezidentin fəaliyyətini yalnız 37% amerikalı dəstəkləyir. 58%-i isə onun siyasətinə qarşı çıxıb.

Qeyd olunur ki, Trampın prezidentliyi bir sıra qalmaqallarla müşahidə edilir. Məsələn, seçkilər zamanı onun qalib gəlməsi istiqamətində Rusiyanın seçklərə müdaxiləsi, prezident administraiyası əməkdaşlarının rusiyalı hakimiyyət nümayəndələri ilə sıx əlaqədə olması, Avropa siyasətində sərt mövqe tutması, Meksika ilə sərhədlərdə divar tikmək planı, həmçinin şəxsi xüsusiyyətlərində olan qabalıq və s. amillər buna misal olaraq gstərilir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə