Cənubi Koreyada növbədənkənar prezident seçkiləri mayın 9-dan gec olmayaraq keçiriləcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkə MSK-nın rəhbəri Kim Yonq-deok bəyan edib. O, söz verib ki, seçkilər ədalətli və azad şəkildə keçiriləcək. Lakin bununla yanaşı, Kim Yonq-deok ölkə daxilində siyasi fikir ayrılıqlarından da narahat olduğunu deyərək, seçkilər öncəsi ciddi fəsadların baş verməməsi üçün hər kəsi vətəndaş həmrəyliyinə dəvət edib.
O, vətəndaşları daxili münaqişələri dəf etməyə və seçkilərdə öz seçimlərini etməyə çağırıb.
Qeyd edək ki, Cənubi Koreyanın Konstitusiya məhkəməsi prezident Pak Kın Xenin parlament tərəfindən ötən ilin 9 dekabr tarixində qəbul etdiyi impiçmentini təsdiq edib. Belə ki, prezidentin adı korrupsiya qalmaqalında ittiham olunur.
Xatırladaq ki, impiçmentə səbəb Pak Kın Xenin yaxın rəfiqəsi Soy Sun Silin dövlət işlərinə qarşımasına göz yumması, hətta onun kadr məsələlərinə müdaxiləsinə belə heç bir reaksiya göstərməməsi haqqında mətbuatda gedən yazılar olub.
Artıq gözlənildiyi kimi prezident postu uğrunda Demokratlar partiyasının sabiq sədri Mun Çje İn mübarizə aparacaq. O, aparılan sorğularda liderlik edir. Halbuki, əvvəlki seçkilərdə Çje İn istefaya göndərilmiş Pak Kın Xeyə az səslə uduzmuşdu.
Mun Çje İni ən yaxın halda təqib edən digər namizədlər isə Çxunçxon vilayətinin qubernatoru An Xi Çjon, eləcə də Xalq partiyasından olan An Çxol Sudur.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB