Rusiyanın İkinci dünya müharibəsi baş verən bölgələrində qazıntı işləri aparan peşəkar ləpirçilər ilginc tapıntıları ilə yadda qalıblar. Belə ki, Rusiyanın Şimal bölgələrinin birində qazıntı araparkən, onlar faşist Almaniyasının həmin ərazilərdə qurduğu blindaj və bunkerlər aşkarlayıblar. SİA xəbər verir ki, 70 ildən artıq torpaq altında qalmasına baxmayaraq, bunkerlər salamat qalıb və oradan çoxsaylı silahlar, mina və qumbaraatanlar tapılaraq məhv edilib.
Lakin daha maraqlı tapıntılar alman zabitlərinə məxsus şəxsi çemodanlardır ki, onların içindən təmiz, hətta ütüsü pozulmamış hərbi geyimlər, o dövrlərə məxsus viski və şərablar, hətta ideal dərəcədə saxlanılmış siqarlar çıxıb.
Videoya bu linkdən baxa bilərsiniz.
https://www.youtube.com/watch?v=vys0dtsdKdA
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB