Tramp UDUZDU?

Donald Tramp ona qarşı qaldırılmış "Tramp Universiteti" işi üzrə məhkəmənin qərarını yerinə yetirməyə razılıq verib. SİA-nın məlumatına görə, universitet tələbələri Trampa qarşı ümuilikdə 25 milyon dollarlıq iddia qaldırıblar. Bu barədə BBC Nyu-Yorkun baş prokuroruna istinadən qeyd edib. Belə ki, seminarlar və dərslərə görə hər biri 35 min dollar ödəniş edən keçmiş tələbələr aldıqları təhsillə qane olmadıqlarını deyiblər.

Donald Tramp isə məhkəmənin çıxardığı qərarın yerinə yetirməsi üçün razılıq verib və bildirib ki, tələb olunan 25 milyon dolları ödəyəcək. Halbuki, o daha əvvəllər iddialara müsbət qərar verməyəcəyini deyirdi. Artıq Nyu-Yorkun baş prokuroru Erik Şneyderman bəyan edib ki, yeni seçilmiş prezidentin iddialara razılıq qərarı iddiaçıların böyük qələbəsidir.

Xatırladaq ki, biznesmen prezidentə qarşı üç məhkəmə işi üzrə dələduzluq ittihamı irəli sürülmüşdü. Zərərçəkənlər Kaliforniya və Nyru-York ştatlarının sakinləridir. Onlar şikayətlərində qeyd ediblər ki, pullu seminarlar səmərəli informasiyalara söykənmirdi və daha çox reklam tədbirlərnə bənzəyirdi.

Növbəti məhkəmə noyabrın 28-də San-Dieqoda olacaq, lakin Trampın vəkilləri məhkəmənin işini təxirə salmağa cəhd ediblər. Trampın daha öncəki məhkəmə işi ilə bağlı verdiyi qərarından sonra onun günahkar olması barədə etiraf etmək məsuliyyətini üzərindən götürmüş olur.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə