"Joxovurd": "Ermənistan polisi bunu öyrənir"

"Nork-Maraş"-"Sasna-Srer"
"Joxovurd": "Ermənistan polisi bunu öyrənir"

"Erməni hüquq-müdafiə orqanları maraqlı addıma gediblər. "Joxovurd" qəzetinin məlumatına görə, "Yerevan-Kentron" həbsxanasında saxlanılan "Sasna-Srer" üzvləri və ötən ilin 25 noyabrında "Nork-Maraş" aksiyasında həbs olunmuş qrup eyni kamerada saxlanılırlar". SİA xəbər verir ki, bu barədə adəçəkilən erməni nəşri yazır. Qeyd olunur ki, polis bu vasitə ilə hər iki qrup üzvlərinin bir-birini tanıyıb-tanımadıqlarını müəyyən etmək istəyib.

Həmçinin bildirilir ki, Nork-Maraş aksiyasında həbs olunanların istintaqı bir neçə aydır ki, dayandırılıb və nəticədə iş məhkəməyə göndərilmir.

Digər tərəfdən o da qeyd olunur ki, Ermənistanın milli təhlükəsizlik xidmətinin istintaq idarəsi hər dəfə məhkəməyə müraciət edərək, saxlanılan şəxslərin həbs müddətinin 2 ay uzadılması üçü müraciət edirlər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə