İş adamları və həkimlər nəzarətə götürüldü

İş adamları və həkimlər nəzarətə götürüldü

Türkiyədə FETÖ-çulara qarşı növbəti əməliyyat keçirilib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, əməliyyat Aksaray, Düzce, Mersin, Antalya, Ankara, Kırıkkale, Konya və Karamanda təyin olunan 42 ünvanda eyni vaxtda təşkil edilib.

Əməliyyatda, haqqlarında həbs qərarı çıxarılan 42 adamdan aralarında məktəb müdirləri, iş adamları və həkimlərin da olduğu 19 nəfər nəzarətə götürülüb.

Şübhəlilərin evlərində edilən axtarışlarda, çox sayda qadağanlı nəşr və CD ələ keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə