Ərdoğan: "Gözlədiyimiz dəstəyi almadıq”

Ərdoğan: "Gözlədiyimiz dəstəyi almadıq”

"Türkiyədə baş verənlər sadəcə əvvəlcədən planlaşdırılan bir hadisə deyildi. Açıq şəkildə deyə bilərəm ki, baş verənlər aktyorları daxildə olan, lakin ssenarisi ölkədən kənarda yazılan bir çevriliş cəhdi idi". SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada beynəlxalq investorların iştirakı ilə keçirilən Yüksək Səviyyəli İqtisadi Toplantıda çıxışı zamanı deyib.

O bildirib ki, Telekommunikasiya və Rabitə Nazirliyi bağlanacaq: "Ora bütün pisliklərin olduğu yerdir. Qurumda çalışanlarla bağlı hazırlığımızı görmüşük, nə lazım olsa onu edəcəyik. Orada çalışanlar iradələrini başqa birinin əlinə veriblər".

Ərdoğanın sözlərinə görə, Türkiyə ən xain, ən alçaq çevriliş cəhdinə məruz qalıb: "Çox təəssüf ki, bəzi ölkələr öz hava limanlarında Türkiyəyə getməyin, ora getmək Ərdoğanı gücləndirir kimi reklamlar yayımlamaqdadır. Çevriliş cəhdindən sonra Türkiyənin gücünü həzm etməyənlər var. Türkiyənin etibarlı iqtisadiyyata malik olduğunu hər biriniz gördünüz. Çevriliş cəhdi sadəcə ölkə daxildə hazırlanan oyun deyildi. Bu hadisə daxildə aktyorları olan, lakin ssenarisi ölkədən kənarda yazılan bir hadisə idi. Amma bu hadisənin mərkəzində olanlar millətin özünü həzm edə bilmədilər".

"Çevrilişə cəhd edənlər hansı vicdanla insanları bombaladılar. Hansı insan tankla öz xalqının üzərindən keçər? Ankaranı bombalayarkən şəhid olanlardan birinin başı bədənindən ayrılmışdı. Qadının başını damdan tapdıq. Hadisə zamanı 238 şəhid verdik, 2200-ə yaxın yaralımız var. Dost bildiklərimizi terroristlərin, çevrilişə cəhd edənlərin yanında tapırıq. Hadisə zamanı və sonra dostlarımızdan gözlədiyimiz dəstəyi almadıq" - deyə, qardaş ölkənin başçısı dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə