Almaniyanın Dalıq Qarabağla bağlı planı

Almaniyanın Dalıq Qarabağla bağlı planı

Almaniya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda zorakılığın azaldılması və münaqişənin davamlı sülh əsasında həll edilməsi üçün 7 maddədən ibarət plan təklif edib. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya XİN-dəki mənbədən bildirilib.

Mənbənin bildirdiyinə görə, söhbət atəşkəs rejiminin möhkəmləndirilməsindən və münaqişənin dialoq, etimad quruculuğu, sabitləşdirmə tədbirləri əsasında tənzimlənməsindən gedir.

Mənbə qeyd edib ki, hazırkı "status-kvo" uzunmüddətli perspektivdə davamlı deyil və münaqişənin ömrü nəzərə alınsa, təmas xəttində və sərhəddə zorakılığın artması riski çoxalır.

Almaniya XİN-dəki mənbədən bildirilib ki, Almaniya xarici işlər naziri ATƏT-ə sədrliyindən irəli gələn səlahiyyətlərindən geniş şəkildə istifadə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə