Məlahət İbrahimqızı: “Prezidentin addımı yüksək qiymətləndirilməlidir" AÇIQLAMA

Məlahət İbrahimqızı: “Prezidentin addımı yüksək qiymətləndirilməlidir" AÇIQLAMA

"Cənab Prezident İlham Əliyevin dekabrın 28-də imzaladığı növbəti əfv Sərəncamı yüksək dəyərləndirilməlidir. Hesab edirəm ki, bu hümanizmi özündə təcəssüm etdirən ən böyük Sərəncamdır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim partiyanın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, bu kimi sərəncamlar ilk dəfə deyil: "Artıq uzun illərdir ki, ölkəmizdə Əfv Komissiyası fəaliyyət göstərir. Ümumilli Lider Heydər Əliyev bu komissiyanı yaradıb. Ulu Öndər bu komissiyanı yaratmaqla bir daha göstərdi ki, onun siyasətinin qayəsində humanizm dayanır və bütün insanlara mərhəmət, qayğı əsas yer tutur. Hətta cinayətkara dövlət başçısı tərəfindən mərhəmət edilirsə, bu yüksək qiymətləndirilməlidir. Artıq 10 ildən çoxdur ki, cənab İlham Əliyev Əfv Komissiyasında baxılan sənədlərə özü imza atır. Ölkə başçısının Sərəncamı ilə yüzlərlə, minlərlə məhkuma əfv şamil olunub. Bu, bir daha onu göstərir ki, ölkə rəhbərinin siyasətinin təməlində insanlara qayğı, dəstək humanizm dayanır. Əfv Sərəncamı ümumilikdə 210 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 198 nəfər, islah işləri cəzasına məhkum edilmiş 3 nəfər cəzalarının çəkilməmiş hissəsindən və cərimə cəzasına məhkum edilmiş 9 nəfər cəzadan azad ediliblər. Ümumiyyətlə bu 210 nəfər 210 ailə deməkdir. Cənab Prezidentin apardığı bu siyasət həm də cinayət törədən insanlara və s. verilən bir şansdır".

Bütün xəbərlər Facebook səhifəmizdə