YAP Yasamal rayon təşkilatının yeni inzibati binasının açılışı olub FOTOLAR-YENİLƏNİB
Bu gün Yeni Azərbaycan Partiyası ( YAP ) Yasamal rayon təşkilatının yeni inzibati binası istifadəyə verilib. SİA-nın xəbərinə görə, açılış mərasimində Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov, Milli Məclisin vitse spikerləri Ziyafət Əsgərov, Bahar Muradova, YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Baş nazirin müavini, YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov və YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədovla birgə inzibati binanın rəmzi lentini kəsiblər, Ulu Öndər Heydər Əliyevin büstü qarşısına gül dəstələri qoyublar. Bina ilə tanışlıqdan sonra partiya haqqında video çarxa baxış keçirilib.
Binanın Prezident İlham Əliyevin anadan olması günündə açılmasının rəmzi məna daşıdığını vurğulayan YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov öz təəssüratlarını bölüşüb, yeni bina və burada yaradılmış şəraitdən danışıb. Ə.Əhmədov YAP Yasamal rayon təşkilatının üzvlərini yeni binaya köçməsi münasibətilə təbrik edərək qeyd edib ki, istifadəyə verilən yeni bina rayon təşkilatının fəaliyyətinin daha da yaxşılaşmasına, nüfuzunun artmasına öz təsirini göstərəcək: "Bina Yeni Azərbaycan Partiyasının öz imkanları hesabına inşa olunub".
Qeyd edək ki, binanın tikintisinə 2015-ci ildə başlanıb. Binanın 1-ci mərtəbəsində Ümummilli Lider Heydər Əliyevin büstü ilə yanaşı, Heydər Əliyev guşəsi də yerləşir. Binada təlimatçı otaqları, arxiv, texniki, gənclər və digər zəruri otaqlar var. 3-cü mərtəbədə böyük və kiçik konfrans zalları yerləşir. 170 yerlik böyük konfrans zalı müasir İKT avadanlıqları ilə təchiz olunub.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB